AZ

Food blogger lərə zərbə Yedikləri yeməyə görə vergi ödəyəcəklər

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Türkiyədə sosial media fenomenləri üçün yeni vergi tənzimləməsi qüvvəyə minib. Yeni qaydalara əsasən, məkan tanıtımı edən və ya brendlərlə əməkdaşlıq çərçivəsində paylaşım edən məzmun istehsalçıları yalnız pul gəlirlərinə görə deyil, hədiyyə və ya xidmət formasında əldə etdikləri qazanca görə də vergi ödəməli olacaqlar. Belə ki, influenserlər tanıtım məqsədilə aldıqları məhsulların, eləcə də dəvət olunduqları məkanlarda təqdim edilən yemək və xidmətlərin dəyərini rəsmi hesablarında göstərməli, həmin məbləğin 15 faizi isə vergi kimi tutulacaq. Rəqəmsal iqtisadiyyatın sürətlə böyüdüyü dövrdə Türkiyədə bu sahənin vergi nəzarətinə cəlb olunması diqqət çəkir.Bu barədə hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O deyib ki, gəlirin pul və ya natura formasında olması fərq yaratmır:“Əgər iqtisadi fayda varsa, vergi öhdəliyi yaranır. Bu yanaşma həm qanunlara, həm də beynəlxalq praktikaya uyğundur. Beləliklə, influenserlərin qazancı hər formada vergiyə cəlb olunur və heç kim gizli gəlir əldə edə bilmir.  Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Sosial media üzərindən gəlir əldə edən şəxslər qanunla vergi ödəməli olsa da, praktikada nəzarət kifayət qədər güclü deyil. Xüsusilə hədiyyə və ya pulsuz xidmətlərin uçotu hələ də açıq şəkildə tənzimlənməyib. Bu isə rəqəmsal gəlirlərin tam şəffaf vergiyə cəlb olunmasına mane olur. Influenserlər üçün uçot aydın və rahat olmalıdır, amma eyni zamanda inzibati yük onların fəaliyyətini çətinləşdirməməlidir”.O bildirib ki, şəffaf və proporsional tənzimləmə həm dövlət, həm də istehsalçıları üçün faydalıdır:“Türkiyədə tətbiq olunan yeni qaydalar hüquqi baxımdan əsaslıdır və rəqəmsal iqtisadiyyatı tənzimləmək üçün vacib addımdır. Azərbaycanda isə hələ əlavə və konkret tənzimləmələrə ehtiyac var. Əsas məsələ gəlirlərin düzgün uçotunun aparılması və verginin ədalətli tutulmasıdır. Azərbaycanda sosial media üzərindən gəlir əldə edib bunu rəsmi şəkildə vergiyə bildirməyən şəxslər Vergi Məcəlləsinə əsasən cərimə oluna bilərlər. Cərimə məbləği gəlirin miqdarına və qanunsuzluğun təkrar olmasına görə dəyişir, həmçinin əlavə vergi öhdəliyi də tətbiq olunur. Yəni həm ödəmədiyin vergi tutulur, həm də inzibati cərimə ilə üzləşirsən”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
demokrat.az

1Mənbələr