AZ

Vinisius qalmaqalı böyüyür: “Real Madrid” sübutları UEFA ya təqdim edib

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Real Madrid” futbol klubu Lissabonda “Benfika”ya qarşı keçirdiyi Çempionlar Liqası matçı zamanı baş vermiş insidentlərlə bağlı mövcud olan bütün sübutları UEFA-ya təqdim edib.

İdaman.Biz xəbər verir ki, bu barədə klub bəyanat yayıb.

“Klubumuz həmin oyun zamanı baş vermiş qəbuledilməz irqçilik aktları ilə əlaqədar UEFA tərəfindən başlanmış araşdırmada fəal iştirak edir. “Real” futbol aləmində hər kəs tərəfindən oyunçumuz Vinisius Juniora göstərilən yekdil dəstəyə və sevgiyə görə minnətdarlığını bildirir. “Real Madrid” idmanda və cəmiyyətdə irqçiliyin, zorakılığın və nifrətin kökünün kəsilməsi istiqamətində bütün qurumlarla əməkdaşlığı davam etdirəcək”.

Xatırladaq ki, Vinisius Junior “Benfika” ilə oyunda irqçi münasibətlə üzləşib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
1
icma.az

2Mənbələr