AZ

Azərbaycan Elm Fondu fundamental və tətbiqi elmi-tədqiqat layihələri üçün müsabiqə elan edir

Bakı, 19 fevral, AZƏRTAC

Azərbaycan Elm Fondu fundamental və tətbiqi elmi-tədqiqat layihələri üçün müsabiqə elan edir.

Fonddan AZƏRTAC-a bildirilib ki, qalib layihələrə 300 000 manatadək məbləğdə maliyyə ayrılır. Layihədə 3–5 nəfərlik elmi yaradıcı kollektivlər iştirak edə bilər. Layihənin icra müddəti maksimum 2 il olmalıdır.

Müraciətlər aprelin 9-dək qəbul edilir.

Çap sənədlərinin qəbulu aprelin 10-dək aparılır.

Layihələr yalnız e-QRANT sistemi vasitəsilə təqdim olunur.

Texniki problemlərlə qarşılaşmamaq üçün təqdimatı son günlərə saxlamamaq tövsiyə edilir.

Ətraflı məlumat: www.aef.gov.az saytında və ya [email protected] ünvanına yazmaqla əldə etmək olar.

Seçilən
85
1
azertag.az

2Mənbələr