AZ

“Tabutumu azərbaycanlı gənclər daşısın” Davudoğludan türk gəncliyinə maraqlı mesaj

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Türkiyənin sabiq baş naziri və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu vəsiyyəti ilə bağlı diqqətçəkən açıqlama verib.

Türkiyə Böyük Millət Məclisində Yeni Yol Partiyasının iclasında çıxış edən Davudoğlu gənclərə maraqlı və emosional mesaj verib.

Davudoğlu “Tabutumu çiyninə alacaq olanlar kimlər olmalıdır, bilirsinizmi?” sualını ünvanladıqdan sonra bildirib ki, onun dəfn mərasimində tabutunu müxtəlif bölgələrdən olan gənclər daşımalıdır.

“Cənazəmdə ikiüzlü siyasətçilərin iştirakını istəmirəm. Tabutumun azərbaycanlı, fələstinli, somalili və bosniyalı gənclərin çiyinlərində daşınmasını çox istərdim. Bu, mənim gənclərə vəsiyyətimdir”, - deyə o, bildirib.

Davudoğlu əlavə edib ki, bu gün onun haqqında xoş  söz deməyən heç kəsi dəfn mərasimində görmək istəmir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
6
azpolitika.info

7Mənbələr