AZ

“Gömrük güzəştlərinin ləğvi və Gürcüstan bazarındakı bahalaşma avtomobil idxalını azaldıb” - QHT sədri

Ölkəmizdə avtomobil idxalında bir neçə faktor səbəbindən xeyli azalma müşahidə olunur. Birincisi, bilirsiniz ki, Çindən, Amerikadan və digər ölkələrdən Azərbaycana idxal olunan yeni avtomobillər – istər hibrid, istərsə də elektromobillər – əsasən Gürcüstan üzərindən daşınır. Gürcüstan üzərindən daşınma zamanı həmin ölkəyə ayrıca gömrük rüsumu tətbiq olunmur. Lakin ümumilikdə tranzit və logistika xərcləri nəzərə alınmalıdır.

Bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən etibarən hibrid və elektromobillərə tətbiq olunan gömrük rüsumları və aksiz vergiləri üzrə mövcud güzəştlərin ləğv edilməsi avtomobil bazarında ciddi bahalaşmaya səbəb olub. Nəticədə yanvar ayından etibarən idxalda nəzərəçarpacaq azalma müşahidə edilir:

"İkinci faktor Gürcüstan bazarı ilə bağlıdır. Gürcüstan bazarından Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin əksəriyyəti ikinci əl avtomobillərdir. Bu avtomobillər əvvəlcə gürcü sahibkarlar tərəfindən idxal olunur, daha sonra Azərbaycan bazarına çıxarılır. Lakin son dövrlərdə Gürcüstanın ikinci əl avtomobil bazarında da bahalaşma müşahidə olunur. Orada vergi və rüsumların artırılması daxili bazarda qiymət artımına səbəb olub və bu da Azərbaycan bazarına təsirsiz ötüşmür. Bu səbəbdən Azərbaycan sahibkarları ikinci əl avtomobilləri birbaşa Amerika, Çin və Koreyadan idxal etməyə daha çox üstünlük verirlər. Eyni zamanda, son illərdə elektron platformalar vasitəsilə vətəndaşların Koreya və Çindən birbaşa avtomobil alması prosesi də artıb".

QHT sədri həmçinin bildirib ki, avtomobil idxalı artıq əvvəlki kimi əsasən Gürcüstan üzərindən deyil, daha çox birbaşa Amerika, Koreya və Çin istiqamətindən həyata keçirilir. Bu baxımdan demək olar ki, Azərbaycan bazarı tədricən Gürcüstan bazarından asılılığını azaldır. Gürcüstanın öz daxilində vergi və gömrük rüsumlarının artırılması da bu prosesdə mühüm rol oynayır.

 

Pərvanə Fərhadqızı

Seçilən
22
qht.az

1Mənbələr