AZ

WhatsApp dan təhlükəsizliyə görə YENİLİK

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"WhatsApp" istifadəçi hesablarının qorunmasını gücləndirmək üçün yeni təhlükəsizlik mexanizmi üzərində işləyir. "Android" üçün 2.26.7.8 beta versiyasında hesaba giriş zamanı əlavə PIN-parol təyin etmək imkanı aşkarlanıb.

Milli.Az xəbər verir ki, yeni sistemə əsasən, istifadəçilər 6-20 simvoldan ibarət, ən azı bir hərf və bir rəqəm daxil olan fərdi parol qura biləcəklər. Giriş zamanı standart təsdiq kodundan sonra əlavə olaraq bu parol da tələb olunacaq. 2FA aktivdirsə, hər iki mərhələ ardıcıl şəkildə yoxlanılacaq.

Hazırda sınaq mərhələsində olan funksiyanın yaxın vaxtlarda bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.

Qeyd edək ki, oxşar təhlükəsizlik sistemi Telegram tətbiqində artıq mövcuddur.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
news.milli.az

2Mənbələr