ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Fevralın 18-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
Kult.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.
Tamaşada rolları aktyorlar Anar Buludov (Tərki Dünya), Sevinc Məmmədova (Qorxacaq Qadın), Qaçaq Qarayev (Şübhəli Məxluq), Elçin Məmmədov (Narahat Adam), Əli Hüseynov (Ağciyər), Səbuhi Əhmədov (Kimsəsiz) oynayır.
Personajlar gerçək kimlikdən daha çox rəmzi mahiyyət daşıyır. Onlar qəhrəmanın mənəvi halətlərini, daxili parçalanmasını, qorxularını, ümidlərini və düşüncələrini təcəssüm etdirir. Ruh yalnız metafizik kateqoriya deyil, həm də qəhrəmanın içindəki işıq, həqiqət və mənəvi axtarışın rəmzidir. Personajların ruhla qarşılaşması onların daxili təmizlənməsinə, özünü tanımasına səbəb olur.
Xalq yazıçısı Kamal Abdulla yaradıcılığına müraciət etdiyi üçün Füzuli Dövlət Dram Teatrının kollektivinə və yaradılan şəraitə görə Akademik Milli Dram Teatrının rəhbərliyinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, bu, Füzuli Dövlət Dram Teatrının repertuarında olan və ötən ilin noyabrında premyerası keçirilən səhnə əsərinin Bakıda ilk nümayişidir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.