AZ

Bakı metrosunda günün ikinci hadisəsi Video Yenilənib

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Metronun “Nəriman Nərimanov” stansiyasında qatarda tüstülənmə olub.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, tüstülənmə səbəbindən bütün vaqon boşaldılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında metronun “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş vermiş, nəticədə sərnişinlər düşürülmüşdü.

***

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, “Nəriman Nərimanov” stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb:

“Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb. Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub”.

Görüntüləri təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
qafqazinfo.az

1Mənbələr