AZ

Dağıstanda baş verən yol qəzasında beş nəfər ölüb

Dağıstan Respublikasının Maqaramkent rayonunda baş verən yol-nəqliyyat hadisəsində beş nəfər ölüb.

Qaziler.az bildirir ki, bu barədə 19 fevralda "İzvestiya"ya mənbə bildirib.

"Ehtimal olunur ki, beş nəfər ölüb, daha bir nəfər yaralanıb", - mənbə bildirib.

Mənbənin məlumatına görə, 19 fevralda Qaptsax kəndi yaxınlığında "Lada Priora" və "Lada Granta" toqquşub. Hadisənin səbəbləri araşdırılır.

QAZİLER.AZ

Seçilən
10
qaziler.az

1Mənbələr