AZ

İnsan genomunda mutasiyaların “qaynar nöqtələri” aşkarlanıb

Bakı. Trend:

Barselona şəhərində yerləşən Mərkəzi Genom TənzimlənməsiMərkəzinin alimləri müəyyən ediblər ki, insan DNT-sininmutasiyalara ən həssas sahələri genlərin başlanğıc hissələrində,informasiyanın oxunması prosesinin işə düşdüyü bölgələrdə yerləşir.Məhz burada DNT daha tez-tez zədələnir və bu zədələr sonradan irsidəyişikliklərlə nəticələnə bilir.

Trend xəbər verirki, elmi tədqiqatın nəticələri “Nature Communications” (NatCom)jurnalında dərc olunub.

Transkripsiya zamanı RNT-polimeraza fermenti lazımi hissəni RNTmolekuluna köçürmək üçün ikiqat spiralı “açır”. Bu anda DNT dahaaçıq vəziyyətə keçir və araşdırmanın göstərdiyi kimi, daha kövrəkolur. Əgər yaranan zədələr dəqiq bərpa edilməzsə, mutasiyalarformalaşır.

Müəlliflər 220 mindən çox insanın təxminən 15 min genində sondərəcə nadir irsi DNT variantlarını təhlil ediblər. Onlarmutasiyaların məhz transkripsiyanın başlanğıc saytları ətrafındasabit şəkildə toplandığını aşkar ediblər. Lakin valideynlərdənirsən keçməyən, yeni yaranan dəyişikliklər – yəni de novomutasiyalar üzrə aparılan tədqiqatlarda bu “ocaq” ilkin mərhələdəmüşahidə olunmayıb.

Məqalədə:
Seçilən
65
1
az.trend.az

2Mənbələr