AZ

ABŞ qüvvələri sürətlə İrana doğru irəliləyir

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran məsələsində diplomatiya masadadır, hərbi hazırlıqlar da davam edir. Vaşinqton-Tehran xəttində saat işləyir, ABŞ mətbuatı hücum üçün tarix yazır və Ağ evə yaxın bir mənbə müharibə ehtimalının 90 faiz olduğunu bildirir.

Reyting.az xəbər verir ki, Britaniyanın “Telegraph” qəzeti çoxsaylı ABŞ qırıcı təyyarələrinin və hava yanacaq doldurma tankerlərinin Yaxın Şərqə doğru hərəkət etdiyini yazıb.

Mütəxəssislərin fikrincə, Körfəzə doğru bu intensiv hərbi yerləşdirmə İrana ağır bombardmançı hücumlara yol açacaq genişmiqyaslı əməliyyata hazırlıq ola bilər.

Təkcə son 24 saat ərzində bölgəyə “F-35” və “F-16”lar daxil olmaqla 50-dən çox Amerika qırıcı təyyarəsi yerləşdirilib; tanker təyyarələri də şərqə doğru onlarla uçuş həyata keçirib.

Analitiklər hesab edirlər ki, əgər Ərəbistan dənizində artıq yerləşdirilmiş “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və hazırda yolda olan “USS Gerald R. Ford” zərbə qrupu birləşərsə, deməli, Tramp administrasiyası İrana qarşı uzunmüddətli hərbi əməliyyat planlaşdırır.

ABŞ administrasiyasındakı mənbə bildirib ki, qarşıdakı həftələrdə müharibə ehtimalı 90 faizdir, İsrailin keçmiş kəşfiyyat rəisi isə hücumun bir neçə gün ərzində başlaya biləcəyini deyib.

CBS-in hökumət mənbələrinə əsaslanan xəbərinə görə, yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ABŞ prezidenti Donald Trampa ordunun şənbə gününə qədər İrana mümkün hücuma hazır olacağını bildiriblər. Lakin Trampın hələlik yekun qərar vermədiyi və hücum qərarının həftəsonundan sonraya təxirə salına biləcəyi qeyd edib.

İddiaya görə, ABŞ İrana hücum etmək qərarına gələrsə, Yaxın Şərqdəki Amerika personalı qisas riskini azaltmaq üçün Avropaya və ya ABŞ-a geri çəkilə bilər. Pentaqon bu iddialara münasibət bildirməkdən imtina edib.

“Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ 2003-cü ildə İraqa hücumundan bəri Yaxın Şərqdəki ən böyük hava qüvvələrini toplayıb.

E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
reyting.az

1Mənbələr