Böyük Britaniyanın Baş naziri Kir Starmer Kris Vormaldın istefasından sonra Antonia Romeonu Dövlət Mülki Xidmətinin yeni rəhbəri və Kabinet katibi təyin edib.
Moderator.az-ın xəbərinə görə, bu barədə hökumət katibliyinin yaydığı açıqlamada bildirilir.
"Xanım Antonia Romeonu Nazirlər Kabineti katibi təyin etməkdən məmnunam. O, Britaniya xalqına 25 illik xidməti olan görkəmli dövlət qulluqçusudur", - deyə Starmerin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Romeo 500 min məmurun çalışdığı quruma rəhbərlik edən ilk qadındır.
O, 2025-ci ilin aprelindən Böyük Britaniya Daxili İşlər Nazirliyində daimi katib vəzifəsini icra edir. Bundan əvvəl Ədliyyə Nazirliyində və Beynəlxalq Ticarət Departamentində daimi katib, həmçinin Nyu-Yorkda baş konsul kimi çalışıb.