AZ

İsveç Ukraynaya 1,42 milyard dollarlıq hərbi yardım ayıracaq

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

İsveç hökuməti Ukrayna üçün ümumi məbləği 12,9 milyard kron (1,42 milyard dollar) olan yeni, 21-ci hərbi yardım paketini təsdiqləyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib.

O qeyd edib ki, vəsait hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə sərf olunacaq.

"İsveç Ukraynaya həm kəmiyyət, həm də keyfiyyət baxımından ən böyük dəstəyi verən ölkələrdən biridir. Təchiz etdiyimiz İsveç sistemləri döyüş meydanında çox təsirli olduğunu sübut edib", - Conson qeyd edib.

Hökumətin məlumatına görə, İsveçdən bu günə qədər Ukraynaya göstərilən ümumi hərbi dəstək 103 milyard kron (11,37 milyard dollar) təşkil edir. 

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
bakivaxti.az

2Mənbələr