AZ

İsveçrənin Qarabağ gündəliyində suallar doğuran aktivliyi – Şərh

Bakı. Trend:

Uzun illərdir beynəlxalq münasibətlər sistemində neytrallığınsimvolu kimi təqdim olunan İsveçrə bu statusunu diplomatik kapitalaçevirərək qlobal münaqişələrdə vasitəçi, humanitar təşəbbüslərinisə mərkəzi kimi çıxış edib.

Bu fikirləri Trend-ə açıqlamasında siyasi şərhçi Elşad Həsənovdeyib.

Ekspert bildirib ki, Cenevrə şəhərinin beynəlxalq təşkilatlarınəsas qərargahlarından birinə çevrilməsi, eləcə də bu ölkənindiplomatik platforma kimi qəbul olunması İsveçrənin formalaşdırdığıneytral imicin mühüm elementləridir. Lakin Cənubi Qafqazda,xüsusilə Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonraİsveçrənin siyasi dairələrində müşahidə olunan aktivlik bu ənənəvineytrallıq siyasətinin praktik tətbiqi ilə bağlı suallar doğurmağabaşlayıb:

“2023-cü ildən sonra İsveçrə parlamentində “Swiss PeaceInitiative for Nagorno-Karabakh” adlı təşəbbüs və əlaqəli siyasiplatformaların formalaşdırılması bu kontekstdə xüsusi diqqət çəkir.Formal olaraq “sülh təşəbbüsü” kimi təqdim olunan bu fəaliyyətəslində artıq beynəlxalq hüquq çərçivəsində həll olunmuş əraziməsələsini yenidən siyasi müzakirə predmetinə çevirmək cəhdi kimiqiymətləndirilə bilər.

Belə ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı və 2023-cü ildəAzərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsindəQarabağ üzərində ölkənin suverenliyi tam şəkildə bərpa olunub vəregionda yeni geosiyasi reallıq formalaşıb.

Bu reallıq fonunda İsveçrə parlamentində müəyyən siyasiqrupların Qarabağ məsələsini yenidən gündəmə gətirmək cəhdləriobyektiv vasitəçilik təşəbbüsündən daha çox, regionda artıq başaçatmış münaqişənin siyasi baxımdan “dondurulmuş status” şəklindəsaxlanmasına yönəlmiş addım təsiri bağışlayır. Bu isə öz növbəsindəErmənistan daxilində revanşist dairələrin siyasi ritorikasınıgücləndirə biləcək amil kimi çıxış edir. Münaqişənin hüquqi vəfaktiki olaraq başa çatdığı bir şəraitdə bu cür təşəbbüslər sülhmüqaviləsinin imzalanmasına yönəlmiş diplomatik səylərin ruhunauyğun gəlmir”.

E.Həsənov vurğulayıb ki, diqqət çəkən digər məqam isə İsveçrəparlamentində bu məsələ ilə bağlı səsləndirilən bəzi tezislərinbeynəlxalq informasiya məkanında müxtəlif geosiyasi mərkəzlərtərəfindən uzun müddətdir formalaşdırılan narrativlərlə üst-üstədüşməsidir. Bu, İsveçrənin ənənəvi olaraq qorumağa çalışdığıobyektiv vasitəçi imicinin müəyyən siyasi təsirlər altındatransformasiyaya uğradığı ehtimalını gündəmə gətirir. Halbukiİsveçrənin diplomatik nüfuzu məhz onun qərəzsiz və balanslı mövqeyiüzərində qurulub:

“İsveçrənin regionla bağlı mövqeyinin müzakirəsi zamanı buölkənin beynəlxalq humanitar institutlarla sıx bağlılığı da xüsusiqeyd olunmalıdır. Məhz İsveçrənin ev sahibliyi etdiyi BeynəlxalqQırmızı Xaç Komitəsi kimi qurumlar uzun illərdir, münaqişəzonalarında humanitar fəaliyyət həyata keçirir. Bu təşkilatlarınfəaliyyəti formal olaraq humanitar prinsiplərə əsaslansa da,onların yerləşdiyi ölkənin siyasi mühiti və diplomatikprioritetləri ilə bağlı suallar zaman-zaman beynəlxalq ekspertmühitində müzakirə mövzusu olub.

Eyni zamanda, İsveçrənin son illərdə Azərbaycana qarşı tənqidimövqedə olan siyasi fəallar və dairələr üçün aktiv fəaliyyətplatformasına çevrildiyi ilə bağlı iddialar da diqqət çəkir. Bukontekstdə xüsusilə keçmiş İsveçrə prezidenti və xarici işlərnaziri Didier Burkhalter dövründə baş verən hadisələr tez-tezxatırlanır. Burkhalter 2014-cü ildə ATƏT-ə sədrliyi dövründə“Dağlıq Qarabağ münaqişəsi”nin diplomatik həlli istiqamətindəproseslərdə iştirak edib. Lakin həmin dövrdə vasitəçilikfəaliyyətinin münaqişənin hüquqi mahiyyətini və tərəflərinstatusunu adekvat şəkildə əks etdirib-etdirmədiyi ilə bağlımüxtəlif qiymətləndirmələr səsləndirilirdi”.

Siyasi şərhçi əlavə edib ki, bütün bu proseslər fonundaİsveçrənin Qarabağ məsələsində artan siyasi fəallığı onun ənənəvineytrallıq siyasətinin mahiyyəti ilə bağlı fundamental suallardoğurur. Neytrallıq yalnız formal status deyil, eyni zamanda,konkret siyasi davranış modelidir. Əgər bu davranış modelindəselektiv yanaşma elementləri müşahidə olunursa, bu, həmin ölkəninvasitəçi kimi etibarlılığına birbaşa təsir göstərir.

“Cənubi Qafqaz hazırda münaqişədən sonrakı transformasiyamərhələsini yaşayır. Azərbaycanın öz ərazi bütövlüyünü vəsuverenliyini tam bərpa etməsi regionda yeni təhlükəsizlikarxitekturasının formalaşması üçün zəmin yaradıb. Bu mərhələdəbeynəlxalq aktorların əsas rolu mövcud reallıqları qəbul etmək vəsülh prosesinə konstruktiv töhfə verməkdən ibarət olmalıdır. Əkshalda, artıq tarixə qovuşmuş münaqişə elementlərini yenidən siyasigündəmə gətirmək cəhdləri yalnız regional sabitliyinmöhkəmlənməsinə deyil, əksinə, yeni siyasi gərginlik risklərininyaranmasına xidmət edə bilər.

İsveçrənin gələcək addımları bu baxımdan xüsusi əhəmiyyət kəsbedir. Bu ölkə ya özünün formalaşdırdığı klassik neytrallıq vəobyektiv vasitəçilik ənənəsinə sadiq qalaraq sülh prosesinəbalanslı töhfə verəcək, ya da müəyyən siyasi təsirləriniştirakçısına çevrilərək uzun illər ərzində qazandığı diplomatiknüfuzunu risk altına qoyacaq. Mövcud geosiyasi reallıqlarşəraitində beynəlxalq aktorların əsas məsuliyyəti artıq həllolunmuş münaqişələri yenidən siyasiləşdirmək deyil, davamlı sülhünmöhkəmləndirilməsinə xidmət etməkdir”, - deyə o fikirləriniyekunlaşdırıb.

Seçilən
17
az.trend.az

1Mənbələr