AZ

Mətanətin rəqsi müzakirə yaratdı - VİDEO

Müğənni Mətanət Əsədova qonaq olduğu televiziya proqramında sərgilədiyi rəqs performansı ilə diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, canlı efirdə səhnəyə çıxan sənətçi enerjili rəqsi ilə izləyicilərin marağına səbəb olub. Onun çıxışı sosial şəbəkələrdə qısa zamanda yayılıb və çoxsaylı şərhlər yazılıb.

Rəylər isə birmənalı olmayıb. İzləyicilərin bir qismi Mətanət Əsədovanın rəqs bacarığını yüksək qiymətləndirərək onun səhnə plastikasını və ritm hissini vurğulayıb. Digər tərəfdən, bəzi sosial media istifadəçiləri ifaçının geyimini tənqid edərək səhnə obrazını müzakirə mövzusuna çeviriblər.

Buna baxmayaraq, sənətçinin çıxışı yenidən gündəm yaradıb və proqramın ən çox danışılan məqamlarından biri olub.

Musa
Milli.Az

Seçilən
32
milli.az

1Mənbələr