AZ

Zelenskidən Trampa sərt təpki: O zaman imkan verməyəcəyəm ki...

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İki aylıq atəşkəs elan olunarsa, o zaman  nəzəri olaraq Ukraynada seçkilər keçirilə bilər. 

Ölkə.az xəbər verir ki, bunu  Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. 

"Düşünürəm ki, tərəfdaşlarımız bir suala cavab verməlidirlər: onlar nə istəyirlər? Onlar əsl seçkilər istəyirlər, yoxsa sadəcə məni əvəz etmək istəyirlər? Düşünürəm ki, ruslar sadəcə məni əvəz etmək istəyirlər. Bunun mədəni bir yolu var, o da seçki yoludur", - deyə o qeyd edib.

Zelenski vurğulayıb ki, Vaşinqton Ukraynada sülh bərqərar edə bilsə, ABŞ-ın seçkilərin keçirilməsi ilə bağlı bəzi təkliflərini bloklamayacaq.

"Əgər seçkilərin keçirilməsi üçün iki aylıq atəşkəs əldə etsək, parlamentlə danışmaq və onları müharibə zamanı seçkilərin keçirilməsini dəstəkləmədiklərini, hətta xalqın belə dəstəkləmədiyini başa düşmələri üçün əlimdən gələni edəcəyəm. Hətta iki aylıq atəşkəs əldə etsəniz belə, bu, müharibənin bitdiyi anlamına gəlmir", - o deyib.

Zelenski vurğulayıb ki, buna nail olmaq üçün insanlar sülh referendumunda öz fikirlərini bildirməli və parlament mövcud qanunvericilikdə dəyişiklik etməlidir.

Ruisya ilə danışıqların növbəti raunduna gəldikdə Zelenski deyib ki, növbəti danışıqlar İsveçrədə olacaq. “Düşünürəm ki, görüşün İsveçrədə keçirilməsi yaxşı haldır. Bu, çox vacibdir. Mən bunu həmişə Yaxın Şərqə və digər ölkələrə hörmətlə deyirəm, amma inanıram ki, Avropada müharibə olarsa, onun üçün yer burada axtarılmalıdır”, - o vurğualyıb.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
olke.az

2Mənbələr