AZ

AK ABŞ-ın İrana qarşı hərbi əməliyyatının ağır nəticələrə səbəb ola biləcəyini bildirib

AK

İran ətrafında hərbi gərginlik bütün regionun təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər və diplomatiyaya şans verilməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyası nümayəndəsi Anvar əl‑Anuni bildirib.

“İran ətrafındakı vəziyyətin uzunmüddətli həlli yalnız sülh yolu ilə mümkündür. Hərbi eskalasiya bütün regionun təhlükəsizliyi üçün ağır nəticələrə səbəb olacaq”, – deyə o qeyd edib.

O, həmçinin Avropa Komissiyasının ABŞ ilə İran arasında danışıqları dəstəklədiyini və bütün tərəfləri gərginliyi artırmaqdan çəkinməyə çağırdığını vurğulayıb.

Məryəm Quliyeva

Seçilən
20
1
xalqcebhesi.az

2Mənbələr