AZ

Sudanda məcburi köçkün düşərgəsinə hücum zamanı azı 15 uşaq həlak olub

Qahirə, 19 fevral, AZƏRTAC

Sudanın Qərbi Kordofan bölgəsindəki əl-Sunut şəhərində məcburi köçkünlər üçün nəzərdə tutulmuş düşərgəyə edilən hücum nəticəsində azı 15 uşaq həlak olub, 10-u yaralanıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Təşkilatın bəyanatında bildirilib ki, məcburi köçkün düşərgəsini pilotsuz uçuş aparatı hədəf alıb.

Bəyanatda hücum edən tərəfin adı açıqlanmayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
80
1
azertag.az

2Mənbələr