AZ

Nazirlik bu məhsulu QADAĞAN ETDİ – ŞOK zərərləri bunlardır.

Son dövrlər sosial mediada və xəbər saytlarında üzərlik bitkisinin istifadəsi və xüsusilə xarici ölkələrə aparılması ilə bağlı problemlər barədə məlumatların artması ictimaiyyətdə narahatlıq yaradıb. Bununla bağlı Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək üzərliyin insan sağlamlığına təsiri və mümkün təhlükələri haqqında ətraflı açıqlama verib.

Nazirliyin məlumatına görə, üzərlik bitkisi zahirən sadə və təbii görünsə də, onun tərkibində insan orqanizminə güclü təsir göstərən maddələr mövcuddur. Bu bitkidə əsasən harmin, harmalin, harmalol və tetrahidroharmin adlı alkaloidlər var. Həmin maddələr “harmala alkaloidləri” adlanır və psixoaktiv xüsusiyyətə malikdir. Yəni bu maddələr birbaşa beyin və sinir sisteminə təsir edir.

Mütəxəssislərin bildirdiyinə görə, bu alkaloidlər beynin fəaliyyətinə müdaxilə edərək serotonin, dopamin və adrenalin kimi maddələrin parçalanmasını ləngidir. Nəticədə bu maddələr orqanizmdə normadan artıq toplanır. Bu isə insanın əhval-ruhiyyəsində dəyişikliklərə, əsəbilik hissinə, baş ağrısına, ürəkbulanmasına, ürək döyüntülərinin artmasına, təzyiqin qalxıb-enməsinə və psixoloji gərginliyə səbəb ola bilər.

Uzun müddət və nəzarətsiz istifadə edildikdə üzərlik xüsusilə sinir sistemi, ürək-damar sistemi və psixi sağlamlıq üçün təhlükə yarada bilər. Bəzi insanlarda yuxusuzluq, diqqət pozğunluğu, təşviş, qorxu hissi və depressiv əlamətlər müşahidə oluna bilər. Allergiyaya meyilli şəxslərdə isə dəri səpkiləri və tənəffüs problemləri yarana bilər.

Adil Qeybulla

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan həkim, professor Adil Qeybulla məsələyə münasibət bildirərək qeyd edib ki, üzərlik xalq arasında geniş yayılsa da, onun təhlükəsiz vasitə kimi qəbul olunması yanlışdır:

“Üzərlikdə olan maddələr beyinə ciddi təsir göstərir. Bu maddələr tibbi nəzarət olmadan qəbul ediləndə və ya tez-tez istifadə ediləndə sağlamlıq üçün təhlükəli olur. Xüsusilə ürək xəstələri, təzyiqi olanlar və psixoloji problemləri olan insanlar üzərlikdən uzaq durmalıdırlar. İnsanlar çox vaxt düşünür ki, təbii bitkidirsə, zərərsizdir. Amma bu, düzgün fikir deyil.”

Professorun sözlərinə görə, üzərliyin yandırılması zamanı yayılan tüstü də sağlamlıq üçün risklidir:

“Qapalı məkanlarda tez-tez tüstülədilməsi tənəffüs yollarına mənfi təsir göstərə, bronxit, allergik öskürək və nəfəs darlığına səbəb ola bilər. Xüsusilə uşaqlar və yaşlı insanlar bu təsirlərə daha həssasdır”.

Tunar
NOCOMMENT.az

Seçilən
74
nocomment.az

1Mənbələr