AZ

Naxçıvanda bu vəzifələrin işə qəbulu üçün test imtahanı keçirilib 

Gənclərin çağrışaqədərki hərbi hazırlığı rəhbəri vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib 

AzEdu.az xəbər verir ki, Fevralın 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələrinə işə qəbul üçün test imtahanı keçirilib. 
 ️ 
 ️Test imtahanında 4-21 noyabr 2025-ci il tarixləri arasında elan olunan sənəd qəbulunda iştirak edən  15 namizəd iştirak edib.

 ️İmtahanda namizədlərə 20 vəzifə proqramı, 5 məntiqi təfəkkür və 5 dünyagörüş olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunub və test suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt ayrılıb. 

Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və imtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub.
 
Qeyd edək ki, test mərhələsində minimum keçid balı gözlənilməklə ən yüksək nəticəni göstərmiş namizədlər müvafiq vəzifəyə təyin olunacaqlar.

Seçilən
4
1
azedu.az

2Mənbələr