Ucarda zəncirvari yol qəzası olub.
Redaktor.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib. Belə ki, minik, yük və mikroavtobusun iştirakı ilə baş verən qəzada 6 nəfər xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır (APA).

