AZ

Polşa vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb

Ajans.azxəbərverirki, bubarədə PolskieRadioməlumatyayıb. “Sizdən xahiş edirəm ki, dərhal İranı tərk edin və heç bir halda bu ölkəyə səfər etməyin”, – deyə Baş nazir bildirib. O vurğulayıb ki, yaxın saatlar və ya günlər ərzində evakuasiya imkanları məhdudlaşa və ya tamamilə mümkünsüz ola bilər. Tusk xəbərdarlığın ciddi qəbul edilməsinin vacibliyini qeyd edərək bildirib ki, hərbi əməliyyatlar başlayacağı təqdirdə Polşa hakimiyyəti vətəndaşların təhlükəsiz şəkildə ölkədən çıxarılmasına zəmanət verə bilməyəcək. Regionda gərginliyin artması ABŞ ilə İran arasında münasibətlərin kəskinləşməsi ilə əlaqələndirilir. ABŞ Prezidenti Donald Trump son həftələrdə Tehrana qarşı hərbi əməliyyat ehtimalını bir neçə dəfə gündəmə gətirib. Vaşinqton Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb, İran hakimiyyəti isə bölgədəki ABŞ hədəflərinə qarşı cavab tədbirlərinə hazır olduqlarını bəyan edib. CBS News-un məlumatına görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) mümkün eskalasiya və cavab hücumları riski səbəbindən Yaxın Şərqdə yerləşən bəzi əməkdaşlarını müvəqqəti olaraq Avropa və ABŞ ərazisinə köçürməyə başlayıb.

 

Seçilən
32
Ajans.az

1Mənbələr