Moskva Şəhər Məhkəməsi Arsen Markaryanın həbs müddətini daha 6 ay uzadıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Moskva Şəhər Məhkəməsi Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə təqsirləndirilən Arsen Markaryan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini yarım il artırıb.
Məhkəmənin qərarı ilə Markaryan istintaq dövründə daha 6 ay müddətinə dəmir barmaqlıqlar ardında qalacaq.
Qeyd edək ki, Arsen Markaryan Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə (Vətən müdafiəçilərinin xatirəsini təhqir etmə və Rusiyanın hərbi şərəf rəmzlərini alçaltma) ittiham olunur.
İstintaqın gedişatı və Markaryanın törətdiyi iddia edilən əməllərlə bağlı araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az