AZ

Nigeriyada mədən faciəsi: 37 ölü

Nigeriyanın Plato ştatında bir mədəndə baş verən şübhəli qaz partlayışı nəticəsində ilkin məlumatlara görə, 37 işçi həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Platonun Vase bölgəsindəki bir mədəndə şübhəli zəhərli qaz partlayışı baş verib.

Yaşları 20 ilə 35 arasında dəyişən mədənçilər, tünellərdə gündəlik işlərini icra etdikləri zaman qazdan zəhərləniblər.

Partlayışda ilkin müəyyən edilmiş rəqəmlərə görə 37 işçi ölüb, çox sayda işçi isə yaralanıb.

Yaralılar iş yoldaşları və sahə personalının apardığı xilasetmə işləri nəticəsində yer altından çıxarılaraq ətrafdakı sağlamlıq mərkəzlərinə yerləşdiriliblər.

Seçilən
53
1
cebheinfo.az

2Mənbələr