AZ

Az kalorili, yüksək faydalı: Kahı gündəlik menyuda olmalıdır

Gündəlik rasiona kahı daxil etmək sağlamlıq üçün bir sıra faydalar təmin edir.

KONKRET.az pravdaaz-a istinadən bildirir ki, bu yumşaq yarpaqlı tərəvəz A, K və C vitaminləri, potasium, folat və kalsium ilə zəngindir və həm immun sistemini, həm də sümük və ürək sağlamlığını dəstəkləyir.

İmmuniteti gücləndirir: Vitamin C ilə infeksiyalara qarşı qoruyur.

Sümük sağlamlığını dəstəkləyir: K vitamini və kalsium sümük gücünü artırır.

Həzm sistemini yaxşılaşdırır: Lif tərkibi bağırsaq fəaliyyətini normallaşdırır.

Ürək sağlamlığı üçün faydalıdır: Potasium damar funksiyasını dəstəkləyir.

Hidrasiya və az kalorili qida: Su ilə zəngin olduğu üçün orqanizmi nəmləndirir və kilo idarəsini asanlaşdırır.

Seçilən
13
1
konkret.az

2Mənbələr