AZ

Zelenski: Putinlə bunları müzakirə edəcəyəm

"Bu müharibəni bitirib diplomatiyaya keçmək üçün tarixi müzakirələrə ehtiyacım yoxdur. Putin qədər tarix kitabı oxumuşam. Çox şey öyrənmişəm. Onun ölkəsi haqqında onun Ukrayna haqqında bildiyindən daha çox şey bilirəm”.

Ölkə.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski  öz Telegram kanalında deyib.

Zelenski daha sonra qeyd edib ki, ruslar bu sistemə sahib olmağa qərar veriblər. “Ruslar özlərini dəyişdirməyə qərar veriblər. Ruslar yeni bir çarın lazım olduğuna qərar veriblər. Bu, onların seçimidir", - Zelenski yazıb.

Zelenski əlavə edib ki, Ukraynanın təhlükəsizliyi  əsas prioritet olaraq qalır. “Putinlə  görüşü zamanı da məhz  bu məsələni qaldırmaq istəyirəm. Bizə qarşı böyük bir müharibə var. Bu, bizim həyatımızdır. Onunla danışmaq istədiyim tək şey, mənim fikrimcə, bunu uğurla həll etməliyik. Yəni bu müharibəyə tez bir zamanda son qoyaq. Buna görə də yalnız bu kimi şeylər haqqında danışmaq istəyirəm”, - deyə Zelenski deyib.

 Mürtəza

Seçilən
55
2
olke.az

3Mənbələr