AZ

Türkiyəli veteran futbolçu: Azərbaycandan təklif gəlsə, dərhal qəbul edərəm

Bakı, 19 fevral, Cavid Əliyev, AZƏRTAC

Liqanızda bəzi komandaların oyunlarını izləmişəm. Bir neçə klub haqqında məlumatım var. Əgər Azərbaycandan təklif gəlsə, dərhal qəbul edərəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Tuqay Kərimoğlu deyib.

Azərbaycanı çox sevdiyini bildirən 55 yaşlı veteran yarımmüdafiəçi əlavə edib: “Bir dəfə Azərbaycanda olmuşam. Həmin vaxt Avropa çempionatında Türkiyə millisinin oyununu izləməyə gəlmişdim”.

Qeyd edək ki, Tuqay Kərimoğlu karyerası ərzində Şotlandiyanın “Reyncers” və İngiltərənin “Blekbörn Rovers” komandalarının da formasını geyinib. O, Türkiyə yığmasının heyətində 94 oyunda 2 qolla yadda qalıb.

Seçilən
65
4
azertag.az

5Mənbələr