AZ

Fuad Qəhrəmanlı etiraf etdi: 50-60 nəfərdən pul alıb - VİDEO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə cinayət işi üzrə  məlumatla yanaşı, AXCP sədri Əli Kərimlinin müavini olmuş Fuad Qəhrəmanlının pul almasını əks etdirən görüntülər də yayılıb.

F.Qəhrəmanlı özü də müxtəlif şəxslər tərəfindən ona pul verildiyini etiraf edib. 

“Cebheinfo.az” xəbər verir ki, F.Qəhrəmanlı görüntülər yayıldıqdan sonra inkarın heç bir fayda verməyəcəyini görərək etiraf yolunu seçib. 

“Siyasətçilərin öz təbliğat işlərini görməsi, gündəlik fəaliyyəti üçün onlara yardım olunub. Mənə də müxtəlif zamanlarda müxtəlif adamlar tərəfindən kifayət qədər yardım edilib. İş adamları olub, yaxud böyük müəssisədə işləyib yaxşı maaş alanlar olub. 

Onların deyə bilmədiyi sözü biz danışdığımıza görə bizə yardım etməyi öz mənəvi borcları hesab ediblər. 18 il əvvəl, 2007-2010-cu illər arasında olan çəkilişdir. Həmin dövrdə bəlkə də 50-60 adam mənə hansısa formada yardım edib, restoranda oturmuşuq, kimsə mənzilinə dəvət edib, ofisdə olmuşuq. Ya əvvəldən bunu biliblər, yaxud bilərəkdən çəkiliş ediblər”.

Göründüyü kimi,  Fuad Qəhrəmanlı nə az-nə çox, 50-60 nəfərdən pul aldığını etiraf edib, bunu həmin şəxslərin onun siyasi mövqeyinə dəstəyi ilə izah edib. Ancaq indiyə qədər həmin 50-60 nəfərdən bir nəfəri də ortaya çıxaraq Fuad Qəhrəmanlıya siyasi mövqeyindən dolayı hörmət etdiyinə, yaxud dostyana maddi yarıdm göstərdiyini açıqlamayıb. 

Heç F.Qəhrəmanlı da onlarla bağlı çox danışmaq istəməyib. Bu isə indi AXCP fəalının az qala “heç nə” kimi təqdim etdiyi həmin yardımların əslində Ramiz Mehdyev tərəfindən  göndərildiyi qənaətini möhkəmləndirir. 

Ola bilsin ki, Fuad Qəhrəmanlıya özü dediyi kimi, 50-60 nəfər pul verib, amma həmin şəxslərin hamısının gətirdiyi pul bir mənbədən- Ramiz Mehdiyevdən qaynaqlanıb.

https://www.tiktok.com/@azerbaycanrealligi/video/7607006874805800199?is_from_webapp=1&sender_device=pc

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr