Səhiyyə Nazirliyi vətəndaşları üzərlik bitkisinin (qarmala) istifadəsi və xarici ölkələrə aparılması ilə bağlı risklər barədə xəbərdar edib.
Bitkinin tərkibində psixoaktiv alkaloidlər mövcuddur və xarici ölkələrdə, o cümlədən Rusiya Federasiyasında, onun idxalı, daşınması və satışı qanunsuzdur.
Vətəndaşlara tövsiyə olunur ki, bitkini və onun törəmələrini aparmasınlar və hər hansı dərman məqsədli istifadədən əvvəl həkimə müraciət etsinlər.
Gülnar Nazimqızı