AZ

Ukrayna Rusiyanın neft bazasına zərbə endirib

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçuş aparatları təxminən 500 km məsafə qət edərək Rusiyanın Pskov vilayətindəki neft bazasına zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin məlumatına görə, bu gecə "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin PUA-ları Rusiyanın Pskov vilayətində yerləşən "Velikolukskaya" neft bazasını vurub.

Nəticədə ən azı dörd partlayış qeydə alınıb, bundan sonra genişmiqyaslı yanğın başlayıb.

"Velikolukskaya" neft bazası Rusiya-Belarus sərhədindən 50 km və Ukrayna ilə sərhəddən 200 km məsafədə yerləşir. Neft bazasında dizel yanacağı, benzin və digər neft məhsulları saxlanılır.

Seçilən
37
1
ikisahil.az

2Mənbələr