Braziliya millisinin sabiq üzvü Felipe Koutinyo “Vasko da Qama” klubundan ayrıldığını açıqlayıb.
İdmanxeber.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında paylaşıb. O, 2025-ci ilin yayından etibarən Braziliya təmsilçisində çıxış edirdi.
Koutinyo karyerası ərzində “İnter”, “Liverpul” və “Barselona” kimi klubların formasını geyinib və müxtəlif komandalarla ümumilikdə 11 kubok qazanıb.