AZ

Gülşən Rzayeva: WUF13 bəyanat yox, icra platforması olacaq

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İnanırıq ki, WUF13 yalnız bəyanatlardan ibarət yox, icra, tərəfdaşlıq və tətbiq forması olacaq".

Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin və Ümumdünya Şəhər Forumunun (WUF13) Milli Koordinatorunun müavini Gülşən Rzayeva bildirib.

Forumla əlaqədar onlayn brifinqdə G.Rzayeva bildirib ki, bu, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda keçirilən ilk Ümumdünya Şəhər Forumudur:

"WUF13-ə ev sahibliyi etməklə Azərbaycan mənzil və şəhər dayanıqlılığı məsələlərini ən yüksək siyasi səviyyədə mövqeləndirməyə, müxtəlif milli kontekstlərə cavab verən praktik və miqyaslana bilən həlləri təşviq etməyə çalışır. Forumun nəticələrinin ölçülə bilən fəaliyyətə çevrilməsini təmin etməyə çalışırıq. Hamı üçün əlçatan və adekvat mənzildən başlayaraq iqlim dayanıqlılığına, enerji səmərəliliyinə, şəhər inkişafına, sosial cəhətdən birləşmiş icmaların artırılmasına, ağıllı həllərə, dayanıqlı mənzil investisiyalarını açmaq üçün maliyyələşdirmə modellərinə qədər məsələlər müzakirə olunacaq".

O vurğulayıb ki, WUF13-ün xüsusi qeyd olunası məqamlarından biri də yüksək səviyyəli siyasi iştirak olacaq:

"Ümumdünya Şəhər Forumu tarixində ilk dəfə olaraq Azərbaycan Liderlər Zirvəsini təşəbbüsünü irəli sürüb. Bu çərçivədə dövlət və hökumət başçıları şəhərlərin gələcəyi ilə bağlı müzakirələr üçün bir araya gələcək, mənzil və şəhər inkişafının ən yüksək səviyyədə liderlik tələb edən strateji, kəsişən prioritetlər olduğunu müəyyən edəcəklər. Biz bütün regionlardan iştirak gözləyirik".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
oxu.az

1Mənbələr