AZ

Zaur Rzayev: "Qaraciyərimə su yığılıb"

"O qədər də yaxşı deyiləm. Bütün günü havadayam. Nə yaxşıyam, nə də pis. Yenə də həkimə getməyə hazırlaşıram. Qaraciyərimə su gəlib. O məni yorur, əldən salır. Çox narahatlıq yaradır. Artıq verilişlərə də gedə bilmirəm. Bu da səhhətimlə bağlıdır. Sağlıq olsun, sağalıb gedəcəyəm. Tamaşaçılar da deyir ki, gözümüz sizi axtarır. Onları sizin vasitənizlə salamlayıram".

 

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Zaur Rzayev deyib.

 

O daha sonra əlavə edib:

 

"Arzularım çoxdur. Amma nə etmək olar? Arzularım həm sənətlə, həm də həyatla bağlıdır. Allah yaxşılarımızı qorusun. Mən nə edə bilərəm? Ağır xəstəyəm, gücüm dua etməyə çatır".

 

Xalq artisti sənət yoldaşlarının dəstəyindən də danışıb:

 

"Bütün dostlarım, sənət yoldaşlarım mənə görə narahatdırlar. Əksəriyyəti yanımdadır. Hər zaman mənimlədirlər. Zəng edib hal-əhvalımı soruşurlar. Dostluq, qardaşlıq burada bilinir. Boş-boşuna dost deməklə insandan dost olmur ki? Sənət aləmində ikinci bir adam tanımıram ki, mənim qədər dostu olsun. Hamıya "can" deyirəm. 10 dəfə "can" söylədiyim dostlarım da var. Bundan artıq nə ola bilər ki?"

 

Qeyd edək ki, Z.Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin ürəyində problem var idi.

Tarix: 19 Fevral 2026, 13:04   
Seçilən
3
2
pravda.az

3Mənbələr