AZ

“Crescent Mall”un qarşısında ağır qəza: Ölən var - VİDEO

“Crescent Mall”un qarşısında ağır qəza: Ölən var - VİDEO

Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Neftçilər prospektinin “Crescent Mall” Ticarət Mərkəzinin qarşısından keçən hissəsində qeydə alınıb. Minik avtomobili yolu keçməyə çalışan xanım piyadanı vurub.

Zərbənin gücündən ağır xəsarətlər alan şəxs hadisə yerində dünyasını dəyişib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzanın baş verdiyi ərazinin yaxınlığında yeraltı piyada keçidi mövcuddur. Şahidlərin sözlərinə görə, piyadanın keçiddən istifadə etməməsi bu faciəyə səbəb olub. Aidiyyəti qurumlar bir daha piyadaları yollarda diqqətli olmağa və müəyyən olunmuş keçidlərdən istifadə etməyə çağırır.

Seçilən
65
4
afn.az

5Mənbələr