AZ

Şabalıd sağlamlıq üçün niyə faydalıdır?

Payız və qış aylarının sevilən nemətlərindən olan şabalıd zəngin qida tərkibi ilə sağlamlığa bir sıra faydalar verir.

 

Pravda.az bildirir ki, şabalıd yüksək lif, kompleks karbohidrat, vitamin və mineral mənbəyidir.

 

Həkimlər qeyd edirlər ki, şabalıd:

 

Orqanizmə enerji verir və uzun müddət toxluq hissi yaradır;

 

İmmunitet sistemini gücləndirir, antioksidant təsiri göstərir;

 

Həzm sistemini dəstəkləyir, lif sayəsində bağırsaq fəaliyyətini yaxşılaşdırır;

 

Tərkibindəki kalium vasitəsilə ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.

 

Bununla yanaşı, mütəxəssislər şabalıdın karbohidrat tərkibinin yüksək olduğunu vurğulayaraq, onun normada və balanslı şəkildə istehlak edilməsini tövsiyə edirlər. Xüsusilə şəkərli diabet və artıq çəki problemi olan şəxslər miqdara diqqət etməlidirlər.

 

Əminə Bayramova

Tarix: 19 Fevral 2026, 12:49   
Seçilən
32
pravda.az

1Mənbələr