"Survivor 2026" yarışmasında daha bir qalmaqallı hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, son bölümdə çəkiliş heyətindən bir nəfərin bir torba yeməyi oğurlanıb.
Baş verən hadisə həm iştirakçılar, həm də yarışma heyəti arasında qısa müddətli gərginliyə səbəb olub.
İddiaya görə, çəkiliş heyəti üçün ayrılmış yeməklərin bir hissəsi yoxa çıxıb. Belə olan halda həmin əməkdaş iştirakçılara sərt sözlərlə etiraz edib:
"Yalnız bir dəfə soruşacağam. Kimsə yeməkləri götürüb. Kim götürübsə, desin. Bu, çox ayıb bir hərəkətdir."
Acun Ilıcalı isə bunu "müəmmalı hadisə" kimi dəyərləndirib.
Oğurlanan qidalara toxunulmadığı üçün Acun Ilıcalı iştirakçılara cəza verməkdən imtina edib.