AZ

Azərbaycan BMT-də beynəlxalq hüququn ardıcıl tətbiqinə çağırış edib » AzadMedia.az


Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev dünya təşkilatının nizamnaməsi üzrə Xüsusi Komitənin 2026-cı il sessiyasındakı çıxışında qlobal mübahisələrin sülh yolu ilə həlli və beynəlxalq hüququn ardıcıl tətbiqinin vacibliyini vurğulayıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, diplomat çıxışında beynəlxalq mübahisələrin sülh yolu ilə və beynəlxalq hüquqa uyğun şəkildə həllinin BMT-nin əsas prinsiplərindən biri olduğunu vurğulayıb.

O, qeyd edib ki, ki, mübahisələrin dinc vasitələrlə həlli beynəlxalq səviyyədə hüququn aliliyi anlayışının təməl sütunlarından biridir və beynəlxalq münasibətlərdə güc tətbiqinin qadağan olunması prinsipi ilə birbaşa bağlıdır.

Azərbaycan nümayəndəsi qeyd edib ki, dövlətlər mübahisələrin həlli mexanizmlərini sərbəst seçmək hüququna malik olsalar da, əldə olunan heç bir razılaşma beynəlxalq hüquqa zidd ola bilməz. Xüsusən dövlətlərin ərazi bütövlüyü, suverenliyinə hörmət prinsiplərinin imperativ norma olduğu və bu prinsiplərin seçmə qaydada deyil, ardıcıl və vahid şəkildə tətbiq edilməsinin vacibliyi diqqətə çatdırılıb.

T.Əliyev həmçinin beynəlxalq hüququn bəzi hallarda təhrif edildiyi, norma və prinsiplərin yanlış şərh olunduğu və münaqişələrin həlli mexanizmlərindən sui-istifadə hallarının müşahidə edildiyi bildirilib. Bu cür yanaşmaların hərbi nəticələrin möhkəmləndirilməsinə, cəzasızlığın uzanmasına və sülh prosesinin ləngiməsinə xidmət etdiyi vurğulanıb.

Sonda Azərbaycan tərəfi Xüsusi Komitə çərçivəsində, o cümlədən mübahisələrin sülh yolu ilə həllinə dair tematik müzakirələrdə faydalı və nəticəyönümlü debatların aparılacağına ümidvar olduğunu bildirib və Komitənin qarşısında duran təkliflərin konstruktiv şəkildə yekunlaşdırılmasının vacibliyini qeyd edib.
Seçilən
10
3
azadmedia.az

4Mənbələr