“Ermənistan və Azərbaycan arasında yeni yolların çəkilişi hazırda aktiv müzakirə mərhələsindədir. Əminliklə demək olar ki, bu, region üçün faydalıdır”.
“Cebheinfo.az” xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bunu "Imedi LIVE" verilişində bildirib:
"Biz bunu Gürcüstandan keçən yolla rəqabət aparan yol kimi görmürük. Yeni yolların çəkilməsi regionumuzun nəqliyyat əlçatanlığı baxımından dəyərini artıracaq. Lakin hər hansı bir yolun Gürcüstanı əvəz etməsi ağlasığmazdır.
Tələbat hər il azalmır, artır. Hətta daha üç-dörd marşrut əlavə olunsa belə, bu, Qərb və Şərq arasında yük daşımaları baxımından baş verən hər şeyi əhatə etmək üçün kifayət etməyəcək”.
O, “Biz Ermənistan və Azərbaycan arasındakı proseslərə müsbət baxırıq", - deyə bildirib.