AZ

Trampdan Suriya ilə bağlı yeni qərar: Yaxın iki ay ərzində...

ABŞ yaxın iki ay ərzində Suriyadan bütün hərbçilərini çıxarmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "CBS News" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, təxminən 1000 amerikalı hərbçi ölkəni tərk edəcək. Bununla da ABŞ-ın Suriyada “İslam Dövləti”nə (İŞİD) qarşı mübarizə çərçivəsində davam edən təxminən onillik hərbi mövcudluğu başa çatacaq. Qeyd olunur ki, bu il ABŞ qüvvələri artıq Suriyanın cənubundakı “Əl-Tanf” bazasını, eləcə də ölkənin şimal-şərqində yerləşən Əş-Şəddadi rayonunu tərk ediblər.

Xatırladaq ki, ABŞ qoşunlarının çıxarılması planları barədə ilk olaraq "The Wall Street Journal" nəşri məlumat yayıb. Qərarın 2024-cü ilin sonlarında Bəşər Əsəd rejiminin süqutundan sonra regionda baş verən köklü dəyişikliklər fonunda qəbul edildiyi bildirilib. Donald Trampın yeni administrasiyası Suriya prezidenti Əhməd əş-Şaraa ilə əlaqələri normallaşdırmağa çalışır.

Seçilən
47
publika.az

1Mənbələr