AZ

Azərbaycanlılar ötən ay Türkiyədə 54 mənzil alıblar

ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar ayında Türkiyədə 54 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar. 

Banco.az xəbər verir ki, Türkiyədə yanvar ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20,8% azalaraq 1 311 ədədə yüksəlib.

Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 219 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (118 mənzil), üçüncü isə Ukrayna (77 mənzil) vətəndaşları alıblar.

Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
banco.az

2Mənbələr