AZ

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirildi (FOTO)

Bakı. Trend:

Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindənistifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavətədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cuil 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmışKomissiyanın növbəti iclası keçirilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, energetika nazirinin müavini Elnur Soltanov bərpaolunan enerji ilə bağlı uğurla icra edilmiş layihələri qeyd edib,“yaşıl enerji"nin ölkəmizin enerji təhlükəsizliyininmöhkəmləndirilməsində və ixrac potensialının artırılmasında rolunuvurğulayıb. Bildirilib ki, son illər bu sahədə özəl investisiyacəlbi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq tərəfdaşlarlaəməkdaşlıq genişləndirilib və nəticədə bir sıra iri həcmlilayihələr uğurla reallaşdırılıb.

İclas zamanı Komissiyanın Katibliyi tərəfindən 2025-ci ilərzində bərpa olunan enerji layihələri ilə bağlı görülmüş işlər vəgələcək planlara dair təqdimat edilib. İstismara verilmiş 240 MVtgücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və 230 MVt gücündə“Qaradağ” Günəş Elektrik Stansiyası kimi strateji əhəmiyyətlilayihələrin ölkənin enerji balansında bərpa olunan mənbələrinpayının artmasında əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.Bununla yanaşı, “yaşıl enerji" dəhlizləri və “yaşıl enerjizonaları" istiqamətlərində həyata keçirilən tədbirlər, işləringedişatı və gələcək perspektivlərə dair məruzələr dinlənilib. Qeydolunub ki, həyata keçirilən layihələr ölkəyə əlavə investisiyalarıncəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və regionlarındayanıqlı inkişafına mühüm töhfə verir.

“Azərenerji” ASC-nin İdarə heyətinin sədr müavini Rüstəm Qasımovbərpa olunan enerji layihələri üzrə elektrik stansiyalarınınelektrik enerjisi şəbəkəsinə qoşulması ilə bağlı cari vəziyyəthaqqında məlumat verib, şəbəkə infrastrukturunun gücləndirilməsiistiqamətində görülən işləri diqqətə çatdırıb.

Sonda növbəti iclasa qədər qarşıya qoyulan tapşırıqlara dairqərarlar qəbul edilib.

İclasda Energetika, Fövqəladə Hallar, Ekologiya və TəbiiSərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, KəndTəsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, SOCAR,“Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Şəhərsalmavə Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi və MinatəmizləməAgentliyinin nümayəndələri iştirak ediblər.

Bərpa
Bərpa
Bərpa
Məqalədə:
Seçilən
83
7
az.trend.az

8Mənbələr