AZ

Cənubi Koreyanın sabiq Prezidentinə hökm oxundu

Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yol 2024-cü ildə üsyana rəhbərlik etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Missiya.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Hökm Seul Mərkəzi Rayon Məhkəməsi tərəfindən çıxarılıb. Cənubi Koreya prokurorları əvvəlcə keçmiş Prezident üçün edam cəzası istəmişdilər.

Qeyd edək ki, 3 dekabr 2024-cü ildə Yun Sok Yol Şimali Koreya tərəfdarları ilə mübarizə aparmaq zərurətini əsas gətirərək Cənubi Koreyada hərbi vəziyyət elan edib və qısa müddət sonra o, bu səbəbdən vəzifəsindən uzaqlaşdırılıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
54
missiya.az

1Mənbələr