AZ

"ABŞ seçki istəyir, yoxsa məni əvəz etmək?" - Zelenski

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskini vəzifəsindən uzaqlaşdırmaq istəyir.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Ukrayna lideri bu barədə britaniyalı jurnalist Pirs Morqanın suallarını cavablandırıb.

“Düşünürəm ki, tərəfdaşlarımız (ABŞ) bir suala cavab verməlidirlər: onlar nə istəyirlər? Onlar həqiqətən seçkilər istəyirlər, yoxsa sadəcə məni əvəz etmək istəyirlər?”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi də onu hakimiyyətdən uzaqlaşdırmaq niyyətindədir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
24
missiya.az

1Mənbələr