AZ

Afina Ankaraya qarşı gizli silah planını işə salır: Bu addımı atacaqlar

Yunanıstanın müdafiə naziri Nikos Dendias silah ticarətində Türkiyə əleyhinə yeni doktrina tətbiq etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, "in.gr" saytının məlumatına görə, məqsəd Yunanıstanın aldığı əsas silah sistemlərinin Türkiyəyə satışının qarşısını almaqdır.

Bildirilir ki, Dendias xüsusilə Hərbi Dəniz Qüvvələri üçün yeni sualtı qayıqların alınmasına dair imzalanacaq mümkün müqavilələrə əlavə maddə daxil etməyi planlaşdırır. Məqsəd Yunanıstanın gələcəkdə satın alacağı hərbi sistemlərin Türkiyəyə satılmasının qarşısını almaqdır.

Dendiasın bu addımının Almaniyanın həm Yunanıstana, həm də Türkiyəyə "Tip 214" sualtı qayıqları satmasını istəməməsindən qaynaqlandığı vurğulanıb.

Seçilən
68
publika.az

1Mənbələr