AZ

ABŞ dan İran gənclərinə çağırış: “Savaş başlanan kimi...”

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran ətrafında çəmbər daralır. Siyasi müşahidəçilər yaxın günlərdə ABŞ-ın İrana hava zərbələri endirəcəyini proqnozlaşdırırlar.

Müharibə başlasa ən çox itgi verən tərəfin üç tərəfdən faktiki mühasirəyə alınmış İran silahlı qüvvələri olacağı dədiqdir.

İran silahlı qüvvələrində isə xidmət edən hərbçilərin əksəriyyəti azərbaycanlıdır.

ABŞ-da yaşayan güneyli mühacir, Milli Hərəkat fəalı, beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru Kərim Əsgəri Güney Azərbaycan türklərinə müracitə edərək İranın siyasi oyunlarına alət olmamağa çağırıb:

“ABŞ-ın rəhbərlik etdiyi Qərb koalisiyası ilə İran arasında hərbi qarşıdurmanın başlama ehtimalı yüksəlir. Bunu nəzərə alaraq İran İslam Respublikasında hakim molla rejiminə müxalif olan bütün əsgər və hərbi qulluqçulara səslənirəm: ilk güllə atılan kimi xidmət yerlərinizi tərk edib təhlükəsiz məkanlara çəkilin.Müharibə başlamazdan əvvəl xidmət yerini tərk etmələri bu şəxslər üçün ağır və ciddi nəticələr doğura bilər.

Lakin irqindən, inancından və düşüncəsindən asılı olmayaraq bu gənclərin Tehran hakimiyyətinin siyasətinin qurbanına çevrilməsi qəbulolunmazdır. Unutmayın ki, ötən ay on minlərlə insan elə bu rejim tərəfindən vəhşi metodlarla qətlə yetirildi.

Öz xalqına qarşı bu cür davranan qeyri-insani bir rejimi müdafiə etmək üçün heç bir mənəvi, insani və ya milli əsas yoxdur”.

Banu

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
icma.az

2Mənbələr