AZ

Merz Putinlə münasibətlərin normallaşdırılmasını istisna edir

Almaniya kansleri Fridrix Merz Rusiya prezidenti Vladimir Putinlə münasibətlərin normallaşdırılması ehtimalını demək olar ki, istisna edir.

Herbiand.az xəbər verir ki, Almaniya hökumətinin başçısı bunu "Neue Berliner Redaktionsgesellschaft" media assosiasiyası və "Rheinpfalz" qəzetinə verdiyi müsahibədə bildirib. Həmin müsahibələrdən parçalar 19 fevral cümə axşamı dərc olunub.

Merz vurğulayıb : "Bu rejimə və bu kor terrora baxanda ümidim azdır. Rusiyanın hakim dəstəsi yaxın gələcəkdə müharibədən qaça bilməz. O, hərbi maşını saxlamalıdır, çünki cəbhədən qayıdan yüz minlərlə əsgər, o cümlədən ağır yaralananlarla nə edəcəyi barədə heç bir planı yoxdur".

Seçilən
46
herbiand.az

1Mənbələr