AZ

Bakının bu ərazilərində işıq kəsiləcək

Bu gün Xəzər rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Metbuat.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Fevralın 19-da Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Şüvəlan qəsəbəsi Heydər Əliyev prospekti, Gülçülük Sovxozu yaşayış massivi və Şüvəlan-Qala yolu yaxınlığında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Seçilən
113
12
metbuat.az

10Mənbələr