AZ

Yazıçılar oruc tutacaqmı? SORĞU

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ramazan ayı İslamda müqəddəs ay sayılır və bu ayın öz qayda-qanunları var.

Ramazan ayına xas olan əsas qayda isə oruc tutmaqdır.

Maraqlıdır, yazıçılarımız necə, onlar oruc tuturmu?

Yazıçı İlham Əziz Gununsesi.info-ya bildirib ki, ibadət etmədiyi illərdə də, ibadətə başlayandan sonra da hər zaman oruc tutub:

“Səhhəti imkan verən hər kəsin oruc tutmağı gözəldir”,- deyə o qeyd edib.

Şair Şəhriyar del Gerani isə bildirib:

“Düzü, oruc tutmadığım zamanlar olub. Fəqət illərdir ki, hər Ramazan ayında tutmağa çalışıram. Bəzən səhhətim əl verməyəndə tutmadığım olub, çalışıram ki, onun da qəza orucunu tutub. İbadət gözəldir. Allah necə haqdır?!”.

Yazıçı Nadir Yalçın isə yaxın bir neçə il ərzində hər zaman Ramazan ayında mütləq oruc tutduğunu qeyd edib.

Sorğumuzda iştirak edən yazıçı Vüqar Van, Orxan Həsəni isə sonuncu dəfə uşaq vaxtı oruc tutduqlarını bildiriblər.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr