AZ

22 İL EYNİ LOTEREYADA OYNADI, NƏHAYƏT CEKPOTU QAZANDI

ABŞ-ın Ohayo ştatında yaşayan bir sakin 22 il ərzində eyni lotereyada iştirak etdikdən sonra nəhayət cekpotun sahibi olub.

Məlumata görə, qalib bilet cari ilin fevral ayının əvvəlində alınıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Classic Lotto lotereya saytı məlumat yayıb. Uduşlu rəqəmlər 6, 8, 16, 20, 26 və 45 olub.

Qalibin ümumi uduş məbləği 3,5 milyon ABŞ dolları təşkil edir. Şanslı qalib qazandığı vəsait hesabına üzgüçülük hovuzu olan ev almağı və özü üçün müasir idman zalı qurmağı planlaşdırır.

Lotereyada böyük məbləğdə pul qazandıqdan sonra o, çalışdığı işdən də ayrılıb.

Seçilən
6
veteninfo.az

1Mənbələr