AZ

ABŞ və İran arasında müharibə təbili çalınır Hər an əməliyyatlar başlaya bilər

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ və İran arasındakı gərginlik yenidən artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Tramp administrasiyasında diplomatiyanın uğurlu olmasına inananların sayı azalıb və sürətlə İranın "dizə gətirilməsi" üçün zərbələri mütləq sayanların tərəfdarları çoxalıb.

Məlumata görə, çərşənbə axşamı Cenevrədə aparılan danışıqları ABŞ tərəfi uğurlu saymır.

Bu barədə "Axios"a danışan Trampın müşavirlərindən biri prezidentin ciddi irəliləyişin olmamasından olduqca qəzəbli olduğunu bildirib: "Trampın səbri tükənir. Bölgədəki və ətrafındakı bəzi insanlar onu müharibədən çəkindirməyə çalışır, lakin yaxın bir neçə həftə ərzində hərbi müdaxilə ehtimalı şoxdur. Deyə bilərəm ki, 90 faizdir"

Mənbə bildirib ki, ABŞ, əslində, ikinci nəhıəng təyyarədaşıyan gəminin bölgəyə yetişməsini gözləyir: "Müsasir silah və qırıcılarla zəngin  həmin gəmi bölgəyə yetişər-yetişməz İrana zərbə qaçılmaz olacaq..."

Samir Musayev

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
mia.az

1Mənbələr